XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2020 - 09:57

Dünyada koronavirus:yoluxanların sayı 58 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı durmadan artır.

Bu barədə ayrı-ayrı ölkələrin statistikaları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, dünyada COVID-19-a 58 014 491 insan yoluxub. Bununla yanaşı, təhlükəli infeksiyadan 37 milyondan çox pasiyent sağalıb.

Müalicə alan 1 378 866 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Dünyada COVID-19-dan ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda koronavirusa 12 450 666 insan yoluxub, 261 790 nəfər isə virusdan dünyasını dəyişib.