XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 17:53

Milli Məclis 21 qanunu müzakirəyə çıxaracaq –SİYAHI

meclis-1.jpg

Milli Məclisin aprelin 5-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, iclasda 21 məsələyə baxılacaq. 

O qeyd edib ki, iclasda İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsi dinləniləcək.

Həmçinin iclasda Cinayət, İnzibati Xətalar, Mülkü, Torpaq məcəllələri, eyni zamanda "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "İnzibati icraat haqqında", "Sığorta fəaliyyəti haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycanda vərəmlə mübarizə haqqında", "Hemofiliya, talassemiya, irsi qan xəstələliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" kimi qanunlara dəyişiklik edilməsi müzakirə olunacaq./azvision.az