XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2020 - 17:01

“Ümid edirik, gələcəkdə Qarabağda belə hadisələr olmayacaq” –Aİ nümayəndəsi

“Bura gələn hər kəs görür ki, müharibə, dağıntılar, sülh nədir. Bu iki amil göstərir ki, müharibə ilə sülh arasında hansı ziddiyyət var”.

Bu sözləri Füzuliyə səfər edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

“Hər bir insanın istədiyi inkişaf və sülhdür. Avropa İttifaqı Azərbaycan və regionla sülh, inkişaf üçün əməkdaşlıq edir. Ümid edirik ki, gələcəkdə belə hadisələr baş verməyəcək, yalnız sülh və əmin-amanlıq olacaq. Bizi bura gətirdiyinə görə Azərbaycan rəsmilərinə təşəkkür edirəm ki, bütün bunları öz gözümüzlə görə bildik”, – deyə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri vurğulayıb.