XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 20:33

Ərzaq, içkilər və tütün məmulatları üzrə satış artır

ticaret

2016-cı ilin yanvar-fevral aylarında istehlakçılara 4258,2 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox məhsul satılıb.

Strateq.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 5,5 faiz artaraq 2150,0 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 3,0 faiz artaraq 2108,2 milyon manata bərabər olmuşdur. 

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur. 

Strateq.az