XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2020 - 21:00

Qan Bankı:"Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər"

Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.

Bu barədə Mərkəzi Qan Bankının məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var.

“Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik”, – deyə məlumatda qeyd olunub/APA.