XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2020 - 13:15

Bakıda avtoyürüş keçirilib- Kəlbəcərin azad edilməsi münasibəti ilə

Bu gün Kəlbəcər rayonunun 27 illik işğaldan azad edilməsi münasibəti ilə Bakıda avtoyürüş keçirilib.

APA-nın məlumatına görə, avtoyürüş Bakı sakinlərinin təşəbbüsü ilə baş tutub.

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzənmiş avtomobillər 20 nömrəli məktəb-liseyin önündən başlayaraq, Şəhidlər Xiyabanına tərəf istiqamətlənib, daha sonra şəhərin bir sıra mərkəzi küçə və prospektlərdən keçib.