XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Noyabr 2020 - 14:33

Ərdoğan:“Qarabağ münaqişəsində haqq öz yerini tutdu”

“Dağlıq Qarabağda 30 illik bir ədalətsizliyin başa çatmasına dəstək verdik. Dünənə qədər ortada görünməyən, açıq-aydın ermənilərə dəstək verən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, bəzi ölkələrin atəşkəs razılaşması ilə dediklərinin heç bir əhəmiyyəti yoxdur”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

O, dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının baş tutduğunu xatırladıb: “Cənab Putinlə hansı addımları ata biləcəyimizi müzakirə etdik. Putinlə danışıqlardan sonra Rusiya-Türkiyə-Azərbaycan olaraq bu proses içində bölgəyə sülhü gətirəcək addımları atmış oluruq. Bunu daha da inkişaf etdirmək şansımız da var”.

Ərdoğan qeyd edib ki, 30 illik gecikmə ilə də olsa, Qarabağ münaqişəsində haqq öz yerini tutdu.