XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Mart 2016 - 08:39

Somalidə Azərbaycan vətəndaşıöldürüldü

somali

 

Somalinin paytaxtı Moqodişoda silahlı şəxslərin məktəbli avtobusuna hücumu nəticəsində Türkiyə, Azərbaycan və bu ölkənin vətəndaşları həlak olub. 

Report.az-ın xəbərinə görə, insident nəticəsində bir neçə nəfər yaralanıb. Hadisə martın 30-da axşam saatlarında baş verib.

Baş verənlərlə bağlı Türkiyə Xarici Işlər Nazirliyi də məlumat yayıb:

"Biz bu terror aktını qətiyyətlə pisləyirik. Yaralı Türkiyə vətəndaşları ölkənin Somalidəki səfirliyinin nəzarəti altındadır. Ölənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk ", – deyə nazirliyin açıqlamasında qeyd edilir.

Ölənlərin sayının 6 nəfərə çatdığı bildirilir. Yaralılar Moqodişonun müxtəlif xəstəxanalarına yerləşdiriliblər. İnsidentdən sonra Afrika Birliyinin təhlükəsizlik qüvvələri nəzarəti gücləndirib və araşdırmaya başlayıblar.

İnsidentlə bağlı, hələ ki, heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.