XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 08:45

Prezident ABŞ-ın Ticarət naziri iləgörüşdü

ilham ticaret

 

Martın 30-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Ticarət naziri, xanım Penni Pritzker ilə görüşüb.

Görüşdə son vaxtlar ölkəmizdə gedən iqtisadi proseslər, işsizliyin aradan qaldırılması və qarşısının alınması ilə bağlı görülən tədbirlər, iqtisadiyyatın daha da inkişafı baxımından gömrük və vergi sahələrində aparılan islahatlar, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olundu, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Amerika şirkətlərinin ölkəmizdəki fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.