XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2020 - 10:18

Ermənistanda hərbi vəziyyət rejimi ləğv olunacaq? –Deputatlar toplanacaq

Ermənistan parlamentinin müxalifətdən olan deputatları ölkədə hərbi vəziyyət rejiminin ləğvi məsələsinin müzakirəsi məqsədilə növbədənkənar iclasın çağırışı təşəbbüsü ilə çıxış etmək niyyətindədir.

Bu barədə Ermənistan mətbuatı xəbər verir  ki, iclasın bu gün saat 11-də keçirilməsi planlaşdırılır.

Müxalifət hərbi vəziyyətin ləğvindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın istefası prosesinə təşəbbüs etməyə nail olacağını gözləyir. Hakimiyyət əleyhdarları Paşinyanı Qarabağ üzrə Bəyanatı imzalamaqda ittiham edirlər.

Hərbi vəziyyətin ləğvindən sonra həmçinin ölkədə qadağan olunmuş etiraz aksiyalarının keçirilməsi imkanı ortaya çıxacaq/Report.