XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2020 - 15:35

Ceyhun Bayramov Əfqanıstanın XİN başçısı ilə müzakirə aparıb –XİN-dən açıqlama

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Strateq.az-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər. 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.

Nazirlər, eyni zamanda, ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərələr, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.