FIFA argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı tvitter səhifəsində növbəti dəfə paylaşım edib.
Məlumata görə, qitə futbol qurumunun İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahında bütün bayraqların endirildiyi bildirilib.
“Hamımız dahi Dieqo Maradonanın vəfatı ilə əlaqədar yas tuturuq”, – paylaşımda qeyd olunub/Report
Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib.