XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2020 - 21:19

Ermənistanda hərbi vəziyyət rejimi qüvvədə qalıb –Səsvermə

Ermənistan parlamenti növbədənkənar iclasında ölkədəki hərbi vəziyyəti ləğv etməyib.

Məlumata görə, Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların başladığı 27 sentyabr tarixində tətbiq edilmiş hərbi vəziyyətə xitam vermək barədə müxalifətdəki Parlaq Ermənistan və Firavan Ermənistan partiyalarının nümayəndələri təşəbbüs irəli sürüblər, lakin iqtidardakı “Mənim addımım” fraksiyası isə buna qarşı çıxıb.

Nəticədə həmin təşəbbüs 36 səsə qarşı 56 səslə rədd edilib, iki nəfər isə bitərəf qalıb. Hərbi vəziyyətə xitam vermək məsələsi baş nazir Nikol Paşinyanın istefasına nail olmaq səylərindən sonra irəli sürülüb. Belə ki, müxalifət N.Paşinyanı Qarabağdakı qarşıdurmanı dayandırmaq barədə sənədi imzalamaqla Ermənistanın mənafeyini qorumamaqda ittiham edir/Report.