UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə “Qarabağ” və “Sivasspor” komandaları arasında qarşılaşma başlayıb.
Strateq.az xəbər verir ki, İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda oyun başlayarkən Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Oyunun 8-ci dəqiqəsində “Qarabağ” hesabı açıb – 1:0.
40-cı dəqiqədə isə “Sivasspor” hesaba tarazlıq gətirib – 1:1.
İlk hissə bu hesabla başa çatıb.
51-ci dəqiqədə “Qarabağ” yenidən hesabda önə keçib – 2:1.
58-ci dəqiqədə isə hesaba yenidən tarazlıq gəlib – 2:2.
68-ci dəqiqədə “Sivasspor”un vurduğu qol hesaba alınmayıb.
79-cu dəqiqədə “Sivasspor” önə çıxıb – 2:3.
Və oyun bu hesabla başa çatıb.
Beləliklə, “Qarabağ” qrupda 1 xalla sonuncu yerdə qərarlaşıb.
“Sivasspor” isə 6 xalla 2-ci yerdə qərarlaşan “Makkabini” izləyir.
İlk pilləni isə “Vilyareal” tutur.