XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2020 - 12:43

Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı –FOTO

Növbəti ağacəkmə aksiyası işğaldan azad olunmuş Qubadlı rayonunun Qaralar kəndi ərazisində, erməni işğalçıları tərəfindən məhv edilmiş yaşı 300 ildən artıq olan Şərq çinarı təbiət abidəsinin yerləşdiyi ərazinin yaxınlığında keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, ekologiya və təbii sərvətlər nazirliyinin, Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə baş tutan aksiyada karantin rejiminin tələblərinə əməl olunmaqla 50-dən çox Şərq çinarı əkilib, yol kənarındakı kəsilmiş tut ağaclarının yerinə isə 400 tut ağacı əkilməklə tut bağı salınıb.

Bununla da, erməni işğalçıları tərəfindən Qarabağ bölgəsində məhv edilmiş yaşıllıqların yenidən bərpasına töhfə verilib.