XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2020 - 13:34

İcra başçısı:"Tərtərə 16 277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”

“Sentyabrın 27-dən atəşkəs sazişinin imzalandığı noyabrın 10-dək Tərtər şəhərinə 16 277 raket və top, minaatan mərmisi, 21 ədəd isə qadağan olunmuş “Smerç” raketi atılıb”.

“Report” xəbər verir ki, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı deyib.

Onun sözlərinə görə, həmin hadisələr zamanı 17 dinc sakin dünyasını dəyişib, 63 dinc sakin isə yaralanıb: “Rayon ərazisində olan 102 ictimai yaşayış binasında 83-ü zərər görüb, 2-si isə tamamilə dağılıb. Ümumilikdə 4 004 ailəyə ziyan dəyib. Həmin ailələrdən isə 271-nin evi tamamilə dağılıb. Hətta bir evə ardıcıl olaraq 7 mərmi düşüb”.