Türkiyənin “Fənərbağça” klubu İkinci Qarabağ müharibəsində şəhid olan Niyamin Niftalızadə ilə bağlı paylaşım edib.
“Report” İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onun məzarı önünə klubun bayrağı və forması qoyulub.
“Azərbaycan ordusunda xidmət edərkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət diləyirik, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk”.