XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2020 - 19:17

Mina partlayışı nəticəsində həlak olanlar bir ailənin üzvləridirlər- FOTO

Füzuli rayonunun Aşağı Seyidəhməli kəndində minaya düşən 4 nəfərdən 3-nün bir ailənin üzvü olduğu məlum olub.

“Report” xəbər verir ki, həlak olanlar Hacıyev Şakir və Hacıyev Firudin qardaşdır. Həlak olan Adilzadə Zibeydə isə Ş.Hacıyevin qızıdır.

Qeyd edək ki, bu gün saat 15:20-də “Toyota” markalı avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində 4 dinc sakin dünyasını dəyişib.