XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2020 - 09:23

Fransada koronavirus:indiyədək 2,2 milyondan çox insan yoluxub

Fransada koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 2,2 milyonu keçib.

Bu barədə ölkənin sanitariya agentliyi “Sante Publique” məlumat yayıb.

Məlumata görə, son bir gündə ölkədə yoluxanların sayı 12,5 mindən çox artıb. İndiyədək Fransada 2 208 699 infeksiyaya yoluxub.

Ölkədə pandemiya başlayandan bəri 52 127 nəfər bu ölümcül infeksiyanın qurbanı olub, onlardan 213 nəfəri son bir gündə ölüb.