XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2020 - 09:54

“Turkish Airlines” yük daşımaları sahəsində yeni şirkət yaradır:"Yeni şirkət xaricdə strateji əməkdaşlıq üçün açıq olacaq"

Türkiyənin milli yük daşıyıcısı “Turkish Airlines” (THY) hava nəqliyyatında yük daşınmaları sahəsində yeni filial şəklində birləşmiş şirkətin yaradılması haqqında qərar qəbul edib.

Qeyd edilir ki, səhmlərin 100 faizi “Turkish Airlines”ə məxsus olacaq.

“Yeni şirkət yük daşımaları sahəsində xidmət sahəsinin genişlənməsinə töhfə verəcək, hava nəqliyyatında yeni strategiyaları hazırlamağa imkan yaradacaq. “Turkish Cargo” şirkətinin yaradılması zamanı “Turkish Airlines”in uğurlu təcrübəsi nəzərə alınacaq.

Bundan başqa, yeni şirkət xaricdə strateji əməkdaşlıq üçün açıq olacaq”, – şirkətdə qeyd ediblər. /Report.az