2020-ci ilin oktyabrına olan göstəriciyə əsasən Gürcüstan həbsxanalarında 108 Azərbaycan vətəndaşı cəza çəkir.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, bu əvvəlki ayla müqayisədə 2 nəfər azdır.
Qeyd olunub ki, həbsdə olanlardan 97 nəfər məhkum edilib, onlardan 86-sı kişi, 11-i isə qadındır. Barələrində məhkəmə hökmü olmayan 11 Azərbaycan vətəndaşından 7-si kişi, 4-ü isə qadındır. Saxlanılan qadınların yetkinlik yaşına çatmayan şəxslər olduğu bildirilib.