XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

31 Mart 2016 - 13:15

Kəmaliyyə İsmayılovanın cənazəsi Azərbaycana gətirilir –Somalidən

goycay01

Somalinin paytaxtı Moqadişoda silahlı hücum zamanı həlak olmuş Azərbaycan vətəndaşının cənazəsi yaxın vaxtlarda Azərbaycana çatdırılacaq.

Trend.az bu xəbəri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevə istinadən yayıb.

H.Hacıyev deyib ki, Azərbaycanın Türkiyədəki səfirliyi bu məsələnin həlli ilə məşğuldur.

Xatırladaq ki, martın 30-da Somalinin paytaxtı Moqadişoda silahlılar avtobusa atəş açıblar. Nəticədə 6 nəfər həlak olub. Yaralananlar var. Həlak olanlardan biri – Kəmaliyyə İsmayılova Azərbaycan vətəndaşıdır. Yaralananlardan ikisi isə onun övladlarıdır.