XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 13:08

Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinəərizə qəbulu başlayır

Mudafie Nazirliyi

Aprelin 1-dən 2016-2017-ci tədris ili üçün xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə – Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə, Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə ərizə qəbulu başlayır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbul iki mərhələdə aparılacaq. Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən TQDK tərəfindən keçirilən test imtahanını verməlidir.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən etibarən ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.

Qəbul qaydaları ilə bağlı daha ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet səhifəsindən (www.mod.gov.az) əldə etmək olar.