XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2020 - 13:25

Sabah hava necə olacaq? –Proqnoz

Dekabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Strateq.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət  gecə 70-80, gündüz  55-60  faiz təşkil edəcək.

Dekabrın 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  1-6 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.