XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2020 - 17:15

Bu şəxslərə doktorantura təhsili ilə bağlı güzəşt ediləcək –Açıqlama

MBA proqramı üzrə magistr təhsili almış şəxslərin doktorantura təhsili ilə bağlı qərar qəbul edilib.

Strateq.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi açıqlama yayıb.

MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərinin davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndini nəzərə alaraq Təhsil Nazirliyi bildirir ki, qanunvericilikdə edilən sözügedən dəyişikliyə qədər (2019-cu ilin 13 noyabr tarixi) MBA proqramına qəbul olunmuş və məzun olarkən magistr dissertasiyası müdafiə etməmiş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarda iştirak etmələrinə imkan yaradılacaq.