XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2020 - 13:23

Mahir Emreli koronavirusa yoluxdu

“Qarabağ”ın futbolçusu Mahir Emreli koronavirus aşkarlanıb.

Ağdam klubundan “Report”a verilən məlumata görə, 23 yaşlı hücumçunun testi müsbət çıxıb.

Emreli bu səbəbdən Avropa Liqasının IV tur matçı üçün Türkiyənin İstanbul şəhərinə yollanmayıb.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.