XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2020 - 15:33

Çavuşoğlu:“Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü əsasında müzakirəli həll yolunu dəstəkləyib”

“1990-cı illərin əvvəllərindən bəri Azərbaycanın torpaqlarının 20 faizinin qeyri-qanuni işğalına “dondurulmuş münaqişə” kimi yanaşıldı. Son baş verənlər göstərdi ki, heç bir “dondurulmuş münaqişə” yoxdur. Münaqişə münaqişədir və istənilən anda alovlana bilər”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında müzakirəli həll yolunu dəstəkləyib və bu həll yolu beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır: “Sonda biz Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə bəyanatı alqışladıq. Azərbaycanın xahişinə əsasən Türkiyə regionda sülhü qorumaq və atəşkəsi monitorinq etmək üçün öz üzərinə vəzifə götürəcək”.