XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

24 May 2015 - 11:25

Rusiyada Azərbaycan variantı: QHT qanunu sərtləşdi

Rusiya prezidenti Putin ölkəsində arzuolunmaz xarici və beynəlxalq təşkilatlarla bağlı qanunu mayın 23-də imzalayıb. Qanuna görə, dövlət təşkilatı olmayan, konstitusion quruluşa, dövlətin müdafiə və təhlükəsizliyinə təhdid yaradan xarici və beynəlxalq təşkilatlar arzuolunmaz elan oluna bilərlər.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, ABŞ bu qanunun qəbulundan narahatlığını açıqlayıb. ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf bildirib: “ABŞ-da bu yeni təşəbbüsün Rusiyada vətəndaş cəmiyyətinin fəaliyyətini daha da məhdudlaşdıracağından narahatdırlar”.

Departament sözçüsü deyib ki, bu, “Kremlin müstəqil səsləri boğmaq və rus vətəndaşlarını ətraf dünyadan təcrid etmək üçün” növbəti addımıdır.

Rusiya parlamentinin hər iki palatasında səs çoxluğu ilə qəbul olunmuş bu qanuna görə, arzuolunmaz təşkilatın səlahiyyətlisi üçün yüksək məbləğdə cərimə və ya 6 ilədək həbs cəzası da nəzərdə tutulur.