XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 21:35

Emin Əmrullayev rektorlarla görüşüb –Nələr müzakirə edilib?

Bu gün Təhsil naziri Emin Əmrullayev bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.

Strateq.az nazirliyə istinadla xəbər verir ki, görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri və bunun üçün mövcud resurslardan istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib.

Həmçinin, ölkəmizin əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, müxtəlif pillələrdə davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsində inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.