Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.
Strateq.az Report-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl onun səhhətində ciddi problem yaranıb. Ş.Alməmmədova COVID-19 diaqnozu qoyulub.
Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.
Məlumata görə, koronavirusdan vəfat edən Tərtər rayon prokuroru Şıxəli Alməmmədov sabah Göygöl rayonunda torpağa tapşırılacaq.