XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 23:48

Avropa Liqası:"Qarabağ" - "Makkabi" qarşılaşması sülhlə bitdi, "Sivasspor" isə məğlub oldu

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə cavab qarşılaşmasına çıxıb.

Strateq.az xəbər verir ki,  Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda baş tutan oyunda hesabı israillilələr açıb.

Belə ki, 22-ci dəqiqədə qonaqların heyətində Yonatan Koen penaltini dəqiq yerinə yetirib – 0:1.

37-ci dəqiqədə isə komandamızın futbolçusu Romero hesaba tarazlıq gətirib – 1:1.

Beləliklə, oyun bu hesabla başa çatıb.

Qrupdakı digər oyunda isə “Sivasspor” Vilyareal”a yenə məğlub olub – 0:1.

Bu oyunlardan sonra ” Vilyareal” 13 xalla ilk pillədə yer alıb. “Makkabi” 8 xalla 2-ci, “Sivasspor” 6 xalla 3-cü, “Qarabağ” isə 1 xalla sonuncu yeri tutur.