XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2020 - 10:55

Ötən gün yaşayış yerini tərk edən 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb- DİN

Dekabrın 4-də respublika ərazisində yaşayış yerini tərk edən daha 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılan xəstələrdən 13 nəfər evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib.

Həmin şəxslərdən 9 nəfər barədə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb.