XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2020 - 15:08

Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər- Xudavəng monastrının vaizi

Dünən Kəlbəcər rayonundakı Xudavəng monastrını ziyarətə gedərkən gözləmədiyimiz halda erməni keşişlərlə qarşılaşdıq.

Bunu Trend-ə açıqlamasında Xudavəng monastrının vaizi Rafiq Danakari deyib.

O bildirib ki, monastrda olan erməni keşişləri bizim ziyarətimizə mane olmaq istəsələr də, buna nail ol bilmədilər: “Müəyyən müddət onlar bizim ziyarətimizə mane olmaq istədilər. Monastrda çəkiliş aparmağa qadağa qoymaq istəyirdilər. Biz onları başa saldıq ki, monastr ermənilərə aid deyil, biz udunlərindir. Biz onlara sübut etdik ki, monastrı onlar 1993-cü ildə zəbt ediblər. Faktlar göstərdik ki, onlar monastrda, kilsələrdəki bütün əşyaları məhv ediblər. Dekabrın 4-ü həmçinin xrisrtianların bayramıdır. Biz ona görə getmişdik ki, monastrda şam yandıraq, ziyarət edək. Erməni keşişlərin maneçiliyinə baxmayaraq biz ziyarətimizi elədik, şamlar yandırdıq və monastrda çəkilişlər də etdik”.

Vaiz bildirib ki, səfər zamanı onlar monastrda erməni keşişlərinin olmasına da etiraz edib və bunu Rusiya sülhməramlılarına deyiblər: “Biz etiraz etdik ki, Azərbaycan ərazisində erməni keşişlərin nə işi var? Sülhməramlılar isə onların müvəqqəti olaraq burda qaldıqlarını bildirdilər”.

R.Danakari deyib ki, hazırda Azərbaycanda 400-ə yaxın Alban kilsəsi var və onların hamısını ziyarət edəcəklər: “Bizim işğaldan azad edilən ərazilərimizdə də kilsələr var. 300-dən çox kilsə Qarabağ bögəsindədir. Onların hər birini ziyarət edəcəyik. Ermənilər işğal etdikləri ərazilərimizdə olan kilsə və monastrlardakı bütün tarixi əşyaları və ədəbiyyatı məhv ediblər, alban kilsələrinə, monastrlara erməni xaçı quraşdırıblar”.