XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2020 - 23:32

İtaliyada koronavirus:ölənlərin sayı 60 mini keçib

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 18 887 nəfər artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 564 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 60 078 nəfərə çatıb. Ölkədə hazırda 755 306 aktiv koronavirus xəstəsi var, onlardan 3454-ü ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 728 878 nəfərdən 913 494 nəfər sağalıb.