XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 00:42

Prokuror:“Maradonanın ölümündə həkimlər günahkardır”

Buenos Ayresin San-İsidro bölgəsinin prokuroru əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın vəfatı ilə bağlı sərt ittihamlar səsləndirib.

Məlumata görə, prokuror Maradonanın həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edib.

Onun sözlərinə görə, mərhum mütəxəssisin şəxsi həkimi Leopold Luke bunda məsuliyyət daşıyır: “Heç kim xəstəyə baxmayıb. Görünən odur ki, həkimlər günahkardır. Dieqoya lazımi köməyi etməyiblər. Xəstənin durumu diqqətlə izlənilməyib. Ona ürək xəstəliyi olan insanlar üçün lazım olan dərmanlar verilməyib. Şübhəsiz ki, hər şeyə onun həkimi baxır, tibbi yardımın göstərilməsini koordinasiya edirdi. Xəstə də ona kor-koranə inanıb”.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də evində ürək çatışmazlığından vəfat edib/Apasport