XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 15:29

Hikmət Hacıyev:"İndiyədək 266 koronavirus xəstəsinə cinayət işi açılıb"

“Vətəndaşlar tərəfindən maskaların taxılması və sosial məsafə qaydalarına əməl edilməlidir. Ölüm hallarının baş verməsi hər birimizi narahat edir”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O xatırladıb ki, bəzən koronavirusa yoluxmuş şəxslərin küçələrdə gəzməsi halları baş verir:

“Bilərəkdən bunun həyata keçirilməsi digər insanların həyatını təhlükədə qoymaq deməkdir. 2020-ci ildə yaşayış yerini tərk edən koronavirus xəstələri barədə 266 cinayət işi açılıb. Həmin işlərdən 7-nə xitam verilib, 1-nin icraatı dayandırılıb, 23-nün isə istintaqı tamamlanaraq məhkəməyə göndərilib”.