XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 16:44

Təhsil Nazirliyi:"Hərbi xidmətdə olan müəllim namizədlər yenidən imtahan verə biləcək"

Təhsil Nazirliyi hazırda hərbi xidmətdə olan və ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərə güzəşt edir.

Strateq.az nazirliyə istinadla xəbər verir ki, hərbi xidmətdə olduğu üçün hazırkı müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.

Qeyd edək ki, dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək.