Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların giziri Həsənov Faiq Hüseyn oğlu Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Strateq.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, gizir Həsənov Faiq Hüseyn oğlu 1990-cı ilin iyulun 28-də Bakıda doğulub.
Bu ilin oktyabrın 10-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!