XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 20:32

“Formula 1“lə bağlıqərar dəyişdirildi
HUNGARIAN GRAND PRIX F1/2010 -  BUDAPEST 01/08/2010 - START © FOTO ERCOLE COLOMBO
 


“Bakıda keçiriləcək Formula 1 yarışlarında jurnalistlərin akkreditasiya vaxtı uzadılıb”.

Aznews.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası (BŞH) əməliyyat şirkətinin Marketinq və kommunikasiya şöbəsinin əməkdaşı Gülnaz Quliyeva ans press-ə deyib.

Onun sözlərinə görə, mətbuat nümayəndələrinin "Formula 1" yarışlarına xüsusi maraq göstərdiyi üçün akkreditasiya vaxtı uzadılıb.

“100-ə yaxın müxbir və fotoqraf akkreditasiya üçün müraciət edib. Bura həm televiziya, həm onlayn, həm də çap mətbuatının nümayəndələri aiddir. Biz istərdik ki, radio da bura qoşulsun. Planlaşdırılmışdı ki, bu gün son gün olsun. Lakin jurnalistlərin böyük marağını görərək bu müddəti aprelin 5-ə kimi uzatmağa qərar verdik. Qeydiyyatdan keçə bilməyənlər aprelin 5-ə kimi müraciət edə bilərlər”.

G.Quliyeva yarışların qrafiki haqqında da məlumat verib:

"Bildiyiniz kimi, yarış ayın 19-u olacaq. Amma bizdə 17-dən 19-a kimi tanınmış ulduzlar konsert verəcək. Enrike İqlesiasdan başqa, iki nəfər ilə də danışıqlar aparılır. İqlesiasın özü təşəbbüs göstərib ki, Bakıda çıxış etsin".

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vasitəsilə media akkreditasiyasına müraciət etmək üçün 31 mart tarixinə kimi idi. 2016-cı il Formula 1 Avropa Qran Prisinin 17-18-19 iyun 2016-cı ildə keçirilməsi nəzərdə tutulub.

Bir müddət əvvəl "Formula 1" üzrə Dünya Çempionatının ikiqat qalibi və hal-hazırda “McLaren Honda” komandasının heyətində yarışan pilot Fernando Alonso 2016 Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi seçilib.