XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 21:30

SSRİ-nin sonuncu müdafiə naziri vəfat edib –Yevgeni Şapoşnikov koronavirusa yoluxubmuş

SSRİ-nin son müdafiə naziri, aviasiya marşalı Yevgeni Şapoşnikov 78 yaşında vəfat edib.

Bu barədə “Rusiya Hərbi Rəislər Klubu” aparatının rəhbəri Nikolay Deryabin bildirib.

Onun sözlərinə görə, dəfn mərasimi Mıtişi şəhərindəki Federal Hərbi Memorial Qəbiristanlığında keçiriləcək. Keçmiş hərbi xidmət rəhbərinin ölümünün səbəbi barədə məlumat verilmir.

“TASS” agentliyinin tibbi dairələrə istinadən verdiyi xəbərə görə, Y.Şapoşnikov koronavirus infeksiyasından dünyasını dəyişib.

Y.Şapoşnikov 1942-ci ildə anadan olub, 1959-cu ildən Sovet Hərbi-Hava Qüvvələrində xidmət edib. 23 avqust tarixindən 26 dekabr 1991-ci il tarixinədək SSRİ Müdafiə naziri vəzifəsində çalışıb, 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) Silahlı Qüvvələrinin Baş Komandanı təyin edilib/APA.