XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 18:22

Bakıda toy sahibi və 60 qonağı saxlanıldı- DİN-dən açıqlama

Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıb.

“Report” xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.

Məlumata görə, toy mərasiminin təşkilatçı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər.

Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.

Araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a faktı təsdiqləyib.