XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2020 - 18:40

DTX əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürüblər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları “YAŞAT” Fonduna pul vəsaiti köçürüblər.

APA-nın Dövlət Təhlükəsizliyi Xidmətinin sayrına istinadən məlumatına görə, Xidmətin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti köçürüblər.