Dekabrın 9-da İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Strateq.az “Tvitter”ə istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəhbəri görüşdən sonra tvit atıb.
Zərif öz sosial şəbəkə hesabında yazıb: “Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul etməkdən məmnunam. Bu görüşdə hərbi əməliyyatların sona çatmasını və Azərbaycanın ərazi bütövlüyünün bərpasını alqışladım.
İkitərəfli əməkdaşlığın tam miqyasda genişləndirilməsi, müharibə şəraitində olan ərazilərin yenidən qurulması, Şimal / Cənub Dəhlizi, Xəzər dənizi enerjisi və bir çox digər məsələlər barədə səmərəli danışıqlar aparılıb”.