XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 18:54

“YAŞAT” Fondu“nda yenilik- Hökumət Ödəniş Portalı” ilə ianə qəbulu imkanı yaradılıb

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna ediləcək ianələrin Azərbaycan Mərkəzi Bankının operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

Bu barədə “Report”a AMB-dən bildirilib.

Məlumatda həmçinin bildirilir ki, ictimaiyyətin diqqətinə çatdırırıq ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/yasat) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

AMB-də açılmış hesabların rekvizitləri barədə məlumatlar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://vxsida.gov.az/az/article/1484) yerləşdirilib.

YAŞAT” Fondunun bank rekvizitləri

Bankın adı: Azərbaycan Respublikası Beynəlxalq Bankı Mərkəzi filial
Bankın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Tağıyev küç. 3
Bankın telefonları: (+99412) 937
Kod: 805722
VÖEN: 1701393691
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T Cod: IBAZAZ 2X
Benefisiarın adı: YAŞAT FONDU
VÖEN: 1701393691
Hesablaşma hesabları:
AZN AZ76IBAZ38090019447968925204
TRY AZ98IBAZ38190019497968925204
USD AZ66IBAZ38190018407968925204
EUR AZ46IBAZ38190019787968925204
RUR AZ83IBAZ38190018107968925204
GBP AZ61IBAZ38190018267968925204