ötən gün axşam saatlarında Sabirabad rayonunda intihar hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Surra kəndində, Kür çayının üstündəki körpüdə asılmış kişi meyiti tapılıb.
Araşdırmalar zamanı asılmış meyitin 40 yaşlı Sabirabad şəhər sakini Cəbrayıl Sərəstan oğlu Həsənov olduğu məlum olubş
Meyit müayinə olunub. Müayinə zamanı məlum olub ki, C.Həsənov intihar edib.
Onun üzərindən ailə üzvlərinə yazdığı məktub tapılıb. Məktubda o, maddi imkansızlıqdan şikayətlənib. Məktubda banklara külli miqdarda kredit borcu olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.