XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 19:48

Bakıda atəşfəşanlıq olub –Qələbə münasibətilə

Bu gün Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq olub.

Məlumata görə, atəşfəşanlıq Vətən müharibəsində qələbə münasibətilə təşkil olunub.

Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydaları və komendant saatı nəzərə alınaraq, paytaxt sakinləri atəşfəşanlığın keçirildiyi əraziyə dəvət olunmayıb.

Qeyd edək ki, bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsindəki qələbəyə həsr olunan Zəfər paradı keçirilib.