XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 18:32

Qanunsuz ov edənlər saxlanılıb –ETSN

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri Mehman Veyisov və Namik Qənbərov olduğu məlum olub.

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri 1500 manat məbləğində cərimə edilib”.