BMT-nin baş katibi Pan Qi Mun aprelin sonunda Azərbaycan və Ermənistana ilk dəfə, Gürcüstana isə ikinci dəfə səfər etməyi planlaşdırır. “TASS”-ın verdiyi xəbərə görə, bu barədə təşkilatın katibliyindəki mənbə bildirib.
“Mən dəqiq tarixi deyə bilmərəm, lakin səfər BMT -də iqlimə dair Paris sazişinin imzalanmasından sonra həyata keçiriləcək (aprelin 22-dən sonra)”, – deyə mənbə bildirib.