XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

12 Dekabr 2020 - 18:43

Ermənistanın müdafiə naziri Rusiyaya gedib –Açıqlama

Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.

Bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“12 dekabrda müdafiə naziri Vaqarşak Arutunyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşlər planlaşdırılır” deyə məlumatda qeyd olunub.

Bu, Vaqarşak Arutunyanın müdafiə naziri olaraq Rusiyaya ilk səfəridir/Report.