XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Dekabr 2020 - 20:55

Azərbaycan XİN rəhbəri həmsədrlərlə görüşüb- Müzakirə

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Strateq.az-a bildirilib ki, görüş bu ilin 10 noyabr tarixində Üçtərəfli Bəyanatın imzalanmasından sonra həmsədrlərin bölgəyə həyata keçirdiyi ilk səfəri çərçivəsində baş tutub.

Görüşdə bölgədəki vəziyyət və 10 noyabr tarixli Bəyanatın icrası ilə bağlı məsələlər müzakirə edilib.